Pekin: Amerika bizə göstəriş verə bilməz!

QafqazTimes xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken şənbə günü CBS telekanalının “Face the Nation” teleproqramına verdiyi müsahibəsində iddia edib ki, Pekin Ukraynaya qarşı müharibədə Moskvaya kömək etmək üçün silah və sursat dəstəyi verməyi fəal şəkildə nəzərdən keçirir.

Çin Xarici İşlər Nazirliyi Blinkenin bəyanatına cavab verərək, bəyan edib ki, Vaşinqton Pekinə göstəriş vermək iqtidarında deyil.

“Reuters” xəbər agentliyinin məlumatına görə, Çin Xarici İşlər Nazirliyi Blinkenin bəyanatına belə reaksiya verib: “ABŞ Çindən bir şey tələb edəcək mövqedə deyil. Biz heç bir təzyiq və diktəni qəbul etmirik.”

ABŞ dövlət katibi Çinə xəbərdarlıq edərək deyib: “Biz onların Ukraynada istifadə üçün Rusiyaya öldürücü olmayan hərbi dəstəyini müşahidə etdik. Hazırda bizim narahatlığımız onların silah yardımı göstərməyi nəzərdən keçirdikləri barədə məlumatlara əsaslanır və biz onlara bunun bizim (Çin-ABŞ) münasibətlərimizdə ciddi problemlər yaradacağını açıq şəkildə bildirdik.”

Ukraynanın qərb müttəfiqləri, xüsusən də Amerika Birləşmiş Ştatları son həftələr və aylar ərzində müxtəlif forumlarda Rusiyanın İran, Çin və Şimali Koreya ilə əməkdaşlığının genişlənməsindən narahat olduqlarını bildiriblər.

Qərb ölkələri İran, Çin və Şimali Koreyanın Rusiyaya yardımından narahatdır. Bir halda ki, ötən ilin fevralında Moskvanın Ukraynada hərbi əməliyyatlara başlamasından bu yana bu ölkələr, xüsusən də ABŞ və İngiltərə Rusiyaya qarşı sanksiyaların təzyiqini artıraraq, Kiyevə hər cür silah-sursat verməklə Ukraynada müharibənin uzanmasına kömək ediblər.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

ABŞ-ın əsil siması

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır