Sionist şirkətin köməyi ilə Türkiyə və Ermənistan sərhədi minalardan təmizlənir

QafqazTimes xəbər verir ki, çərşənbə gecəsi media mənbələri sionist bir şirkət tərəfindən Türkiyə və Ermənistan sərhədlərində mina təmizləmə əməliyyatlarının başlandığını elan ediblər.

“Aka” xəbər agentliyinin “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan və Türkiyə sərhədlərini bir-birinin vətəndaşları üçün açmağa razılaşdıqdan sonra Ermənistan və Türkiyə sərhədində minalardan təmizləmə əməliyyatına başlanılıb.

Bu minatəmizləmə əməliyyatı Ermənistan sərhədində sionist şirkət tərəfindən aparılır və minalardan təmizləmə işlərinə 20 gün əvvəl Türkiyənin “Qars” bölgəsində başlanılıb.

Media mənbələri bu proqramın daha ətraflı təfərrüatlarını və bu layihəni icra edən sionist şirkətin adını qeyd etməyiblər.

Qeyd edək ki, Türkiyə prezidenti və Ermənistanın baş naziri bazar ertəsi telefon danışığında iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə etmişlər. Türkiyə Prezident Aparatının bəyanatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşdırılması prosesinin vacibliyini vurğulayaraq, bu addımın regionda sülh və sabitliyin möhkəmlənməsinə kömək edəcəyini bildiriblər.

Ərdoğan və Paşinyan arasında bu telefon danışığı Türkiyə və Ermənistan nümayəndələrinin Vyanada dördüncü görüşündə iki ölkə arasında quru sərhədinin mümkün qədər tez üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəlməsindən bir həftə sonra baş tutub.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

1 şərh

דירות דיסקרטיות İyul 15, 2022 - 2:33 axşam

A motivating discussion is definitely worth comment. I believe that you ought to write more on this subject matter, it might not be a taboo matter but generally folks dont talk about these subjects. To the next! Best wishes!!

Add Comment