Sionist silahlıların işğal olunmuş Qüdsdəki qızlar məktəbinə hücumu

Qafqaztimes xəbər verir ki, Əl-Əhd xəbər saytının məlumatına görə, Fələstin Təhsil Nazirliyi sionist rejimin hərbi qüvvələri tərəfindən işğal edilmiş Qüdsdəki bir qızlar məktəbinə hücum edilməsini elan edib. Bu təcavüz nəticəsində məktəb direktoru həbs edilmiş, işçiləri sorğu-sual olunmuş və məktəb sənədləri müsadirə edilərək götürülmüşdür.

Nazirlik, mətbuata verdiyi açıqlamada vurğulayıb ki, məktəbə edilən bu hücum, qız şagirdlərin və təhsil işçilərinin təhdid edilməsi, təhsil sektorunu ardıcıl olaraq hədəfə alan işğalçı rejimin diktatorluğunu əks etdirir. Özü də fələstinlilərin Sionist rejimin şəhəri yəhudiləşdirmək və fələstinlilərin milli kimliyinə zərbə vurmaq siyasətindən əziyyət çəkdikləri işğal olunmuş Qüdsdə.

Fələstin Təhsil Nazirliyi, bütün beynəlxalq insan haqları təşkilatlarını və təhsil müdafiəçilərini insan haqlarının açıq şəkildə pozulması olan bu cür sui-istifadə hallarının təkrarlanmaması üçün işğalçı rejimin rəsmilərinə təzyiq göstərməyə çağırıb.

Bəyanatda həmçinin deyilir: “Dərs ilinin əvvəlindən bəri işğalçı rejimin ordusu, insan hüquqları dəyərlərinə və beynəlxalq normalara zidd olaraq, şagirdlərin məktəblərə girmələrinə maneə törətməklə, onları təqib və həbs etməklə hər zaman Fələstinli şagirdlərə vəhşətli anlar yaşadıb.”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib