Sionist silahlıların gülləsinə tuş gələn daha bir fələstinli gənc şəhid oldu

Qafqaztimes xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi, Cümə günü Ramallahda, Nablusun cənubundakı Bita qəsəbəsində işğalçı qüvvələr tərəfindən güllələnən gənc bir fələstinlinin şəhid olduğunu elan edib.

Fələstin Əl-Yovma görə, nazirlikdən verilən açıqlamada, 28 yaşlı fələstinli Məhəmməd Xabisənin İsrailin Nablusun cənubundakı Bita qəsəbəsində fələstinli etirazçılara hücumları nəticəsində sionist silahlıları tərəfindən başından güllə ilə vurulduğu və aldığı xəsarət nəticəsində Ən-Nəcah xəstəxanasına yerləşdirildikdən sonra həyatını itirdiyi bildirilir.

Artıq bir neçə aydır ki, Nablusun cənubundakı Bita qəsəbəsi, sionist silahlıların davamlı hücumlarına məruz qalan yəhudi məskunlaşmaları əleyhinə nümayişlərə şahidlik edir. Sionistlərin Bita etirazlarına etdiyi silahlı hücumlar indiyədək 8 şəhid və yüzlərlə insanın yaralanması ilə nəticələnmişdir.

Dünən daha yeddi fələstinli sionist silahlıların atdığı plastik güllələrdən yaralanmış, onlarla insan isə gözyaşardıcı qazdan nəfəs alma problemləri ilə qarşılaşmışdır.

Related posts

Şəhadətdən qabaq…

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı