Höccətül-islam Hüseyni: İnsanlar məhəllələrdə və küçələrdə ərbəin ab-havasını yaşatsınlar

Qafqaztimes xəbər verir ki, Höccətül-islam Seyid Əlirza Hüseyni verdiyi bir müsahibədə, mübarək “Səff” surəsinin 8-ci ayəsinə toxunaraq- hər bir istək və müxalifətəin qarşısında ilahi iradənin üstünlüyü barədə danışırarkən deyib: “Bütün insanlar ilahi iradəyə qarşı acizdirlər. Uca Allah, hazırda bütün dünyaya yayılmış olan İmam Hüseynin (ə) nurunu mükəmməlləşdirmək istəmişdir.”

O, ərbəin mövzusunda belə deyib: “Bir çox rəvayətlərdə, Ərbəin ziyarətinin əhəmiyyətinə işarə olunub. Biz bu möhtəşəm hadisəni küçələrdə və məhəllələrdə, müxtəlif heyətlərin və qrupların iştirakı ilə yürüşlər təşkil edərək Ərbəin ziyarətində olduğu kimi yaşada bilərik. Artıq İranın bir çox şəhərlərində Ərbəin ab-havası yaşanmaqdadır.”

Höccətül-islam Hüseyni həmçinin qeyd edib: “Heyətlərə və evlərə ərbəin günlərində yemək bişirməyi və “hər ev bir xeymədir” şüarı altında, evlərin qapısına qara bayraqlar vuraraq İmam Hüseyn (ə) zəvvarlarına xidmət etməyi təklif edirəm.”

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…