Sionist silahlılar tərəfindən vurulan daha bir fələstinli şəhid oldu

Qafqaztimes xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi, Ramallahın “Beyt Ur” məntəqəsindən olan Raid Yusif Raşid Cadallah adlı 39 yaşlı bir fələstinlinin sionist silahlıları tərəfindən şəhid edildiyini bildirib.

Palestine Today-ə verilən məlumata görə, sionist silahlılar kəndin girişində adı çəkilən bu fələstinlini güllələmiş və yaraladıqdan sonra ağır qanaxma səbəbindən ölməsi üçün onu sərbəst buraxmışlar.

Bundan əlavə, çərşənbə axşamı gecəsi Qəzza zolağının mərkəzində yerləşən Əl-Bəric düşərgəsinin şərqindəki etirazlar zamanı daha 3 fələstinli sionist silahlılar tərəfindən yaralanmışdır.

Qəzza zolağının Fələstin Səhiyyə Nazirliyindən verilən xəbərə görə, bu üç nəfərin üzərində cərrahiyyə əməliyyatı keçirilərək Şuhəda Əl-Əqsa xəstəxanasına köçürülmüşlər.

Qeyd edək ki, Qəzza zolağında yaşayan onlarla Fələstinli bu günlərdə “gecə qəzəbi” adlanan etiraz aksiyalarına qatılaraq, Qəzza zolağının mühasirəsinin davam etməsinə və Sionist rejimin öhdəliklərini yerinə yetirməməsinə etiraz edirlər.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri