Sionist rejiminin İranın qabaqcıl raketləri qarşısında acizliyi

Qafqaztimes xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən “Peyğəmbəri Əzəm-17” adlı təlimin keçirilməsindən sonra müxtəlif xarici media və analitiklər bu təlim barədə şərh verərək bildiriblər ki, İran öz raket və PUA-larının dəqiqlik və texnologiya səviyyəsini nümayiş etdirib.

Tass xəbər agentliyinin məlumatına görə, rusiyalı hərbi ekspert Yuri Liamin “Kommersant” qəzetinə açıqlamasında İranın təhdidlərinin əsassız olmadığını deyib. O, bildirib ki, İran bu təlimlərdə 16 raket atıb.

Hərbi analitik vurğulayıb ki, bu cür raketlərdən istifadə yəqin ki, müharibə olacağı təqdirdə İsrailin təkcə İran tərəfindən hücuma məruz qalmayacağına işarədir.

Liamin həmçinin qeyd edib ki, İsrail rejiminin raketdən müdafiə sistemi potensial olaraq bəzi raketləri zərərsizləşdirə bilər, lakin onların hamısını yox, xüsusən də söhbət ən qabaqcıl və dəqiq raketlərdən gedirsə.

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib