Sionist rejimin Ukraynadakı səfirliyinə ciddi etiraz edilib

QafqazTimes xəbər verir ki, İsrailin Kiyevdəki səfiri Mixael Brodski cümə axşamı Ukrayna Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz olunub.

“Times of Israel”in məlumatına görə, “Axios” xəbər saytı çərşənbə günü yazıb ki, İsrail Xarici İşlər Nazirliyinin başçısı Alon Aşpez Rusiya xarici işlər nazirinin müavini Mixail Buqdanovla telefon danışığında sionistləri Ukraynadan çıxarmaq üçün Moskvadan kömək istəyib.

Bununla bağlı Brodski Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və “Times of Israel”in yazdığına görə, onlar arasında qızğın mübahisə yaşanıb.

Sionist “Haaretz” qəzetinin yazdığına görə ukraynalı diplomat deyib: “Bizimlə necə rəftar edirsiniz? Qəzza zolağındakı kimi rəftar etmək istəyirsiniz? Bu hərəkətləriniz mənasızdır.”

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiya prezidentinin Qərbi Asiya məsələləri üzrə nümayəndəsi olan Buqdanovla əlaqə saxlanılması gərginliyi azaltmağa çalışmaq və sionist diplomatlar və vətəndaşların vəziyyətindən narahatlığı ifadə etmək niyyəti ilə olub.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

ABŞ-ın əsil siması

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır