Sionist rejimin Tenova şirkəti də kiberhücuma məruz qaldı

Sionist rejimin Tenova şirkəti dünən (30 may) bütün kompüter sistemlərinə olan kiberhücumlardan xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Mearyo qəzeti yazıb:  Tenova bu kiberhücumu rəsmi surətdə elan etdikdən sonra bütün kompüter sistemlərini söndürmək məcburiyyətində qalıb.

Məlumatda həmçinin deyilir: Sionist rejimin təhlükəsizlik şurası da xəbəri təsdiqləyərək hücum amillərinin axtarışına başlayıb. Amma heç bir qrup bu kiberhücumun məsuliyyətini üzərinə götürməyib.

Qeyd edək ki, İsrailin Tenova şirkəti işğal olunmuş Fələstinin Ketstrin məntəqəsində yerləşən modern texnologiyalar sahəsində fəaliyyət göstərir.

Xatırladaq ki, son 3 ay ərzində sionist rejimin təhlükəsizlik qurumları və bir sıra texnoloji şirkətlərinə kiberhücumlar olmaqdadır.

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir