İşğalçı sionist rejim təhlükəsizlik müşaviri “Gaza Marine” qaz yatağında əməkdaşlıqla əlaqədar Misirə gedib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Tsahi Hengebi Gaza Marine qaz yatağında emal və istehsal işləri ilə Misirlə əməkdaşlıq təklifini versə də təklifin cavabı ilə əlaqədar medialarda heç bir məlumat verilməyib.
Gaza Marine qaz yatağı 90-cı illərdə fələstinlilərə məxsus Yaxın Şərqdə kəşf edilmiş ilk qaz yatağıdır. Amma fələstinlilər bu günə kimi bu yataqdan istifadə edə bilməyiblər.
Sionist “İsrael Hum” qəzetinin yazdığına görə Henqbi iki həftə əvvəl Qahirəyə səfər zamanı Misir rəsmiləri ilə görüşüb və “Gaza Marine” qaz yatağı məsələsi və qazın qurulması və çıxarılması üçün həll yollarını müzakirə edib.
Bu qəzet iddia edib ki, Qəzza zolağının sahillərində yerləşən bu qaz yatağından əldə edilən gəlirlərin Fələstin Administrasiyasının xəzinəsinə yatırılacaq.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin açıqlamasına görə, Bu qaz yatağının bütün mənfəəti Fələstin Özünüidarə Təşkilatının və Amerika hökumətinin ixtiyarına verilməsi Misirin nəzarəti altına olacaq və ABŞ da bu məsələdə öz dəstəyini verəcək.