İsrail prezidentindən sonra müharibə naziri Bakıya gedir





İsrailin müharibə naziri Yoav Qalant bu gün Azərbaycana gedəcək

Əl Aləm telekanalının Trend İnformasiya Agentliyinə istinadən  verdiyi xəbərə görə  müharibə nazirin Azərbaycana səfərinin məqsədi ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir.

Səfər zamanı İsrailin müdafiə nazirinin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir.

Məlumata görə işğalçı rejim prezidenti may ayında Bakıya gəlməzdən öncə hava limanında verdiyi müsahibədə Azərbaycanı yaxın dost ölkə adlandırmışdı.

Siyasi analitiklərin fikrincə Azərbaycanın İsraildə səfirlik açması və ikitərəfli əlaqələrin günü-gündən genişlənməsi isə özlərinin dediyi kimi “İsrail koalisiyalarının gücünü zəiflətməyə cəhd edən İranın regiondakı təsirləri ilə mübarizə” məqsədlərini qonşu Azərbaycan vasitəsilə həyata keçirməkdir.

Related posts

Sionist qəsəbə sakinləri Qəzzə humanitar yardım maşınlarının qarşısını alıb

Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı