Sionist rejimin poçt sisteminə haker hücumu

QafqazTimes xəbər verir ki, İsrailin elektron poçt sistemi haker hücumuna məruz qalıb.

Məlumata görə müştərilərin müxtəlif mallarının olduğu sionist rejimin E-Post şirkətinin bütün poçt qutuları haker hücumuna məruz qalıb.

Sionist sərmayəçisi və israilli sahibkar Kobe Samborskinin Facebook hesabında yerləşdirilən görüntülərə əsasən, müştərilərin müxtəlif mallarının olduğu sionist rejimin E-Post şirkətinin bütün poçt qutuları istifadəçilər çatdırılma mərkəzlərinə yaxınlaşdığı zaman açılıb və bu sistemin səhifəsində “Siz haker hücumuna məruz qalmısınız, İsrailə ölüm” sözləri yazılıb.

Adətən psixoloji problemlər barədə araşdırmalar aparan tanınmış sionist həkim Amita Zio bu geniş yayılmış haker hücumuna reaksiya olaraq öz Twitter hesabında belə yazıb: “Əgər bu doğrudursa, insanların psixoloji rahatlığının təhlükə altında olduğunu söyləmək olar.” O, belə əlavə edib: “Bir anlıq bahalı bir mal sifariş etdiyinizi və onu təhvil almaq üçün şəxsi poçt qutunuza müraciət etdiyinizi təsəvvür edin. Elə bu zaman görürsünüz ki, bütün rəflər açıqdır və çox güman ki, sizin sifarişiniz də təhlükədədir, bu, həqiqətən dəhşətlidir!”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur