Sionist rejimin mühasirəsi və Qəzza zolağında yoxsulluq və aclığın artması

QafqazTimes xəbər verir ki, Cenevrədə yerləşən insan haqları təşkilatı bazar ertəsi yayımladığı illik hesabatında bildirib ki, sionist rejimin 16 illik mühasirəsi nəticəsində Qəzzənin 2,3 milyon əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır.

Əl-Ərəbi saytının məlumatına görə, Avropa-Aralıq dənizi İnsan Haqları Monitorinq Qrupu İsrail rejiminin mühasirəsi zamanı təxminən 1,5 milyon Qəzza vətəndaşının yoxsullaşdığını bildirir. 2006-cı ildə HƏMAS ümumi seçkilərdə qalib gəldikdən sonra sionist rejimi qeyri-qanuni mühasirəyə başladı. İsrail rejimi 2007-ci ildən etibarən mühasirəni daha da gücləndirdi.

“İsrail rejiminin Qəzza xalqına qarşı təzyiq siyasəti hələ də davam edir ki, bu da rejimin Qəzza xalqına böyük maddi və mənəvi ziyan vurmaq niyyətini açıq şəkildə göstərir. Hazırda Qəzzada humanitar böhran mühasirə şəraitilə əlaqədar ikiqat artıb.” – deyə hesabatda bildirilir.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq