Sionist rejimin İraq prezidentinə qarşı casusluğu ifşa edildi

Qafqaztimes xəbər verir ki, Today News-un verdiyi məlumata görə, İraq prezident adminstrasiyası çərşənbə günü sionist rejimin İraq prezidenti Bərhəm Salehin telefonuna qarşı casusluq etməsinin yeni təfərrüatlarını açıqlayıb.

İraq prezident adminstrasiyasın rəsmiləri mətbuata açıqlamasında İraq kəşfiyyat xidmətinin İsrailin bu ölkənin prezidentinə qarşı casusluq etməsini araşdıracağını və nəticələri yaxın günlərdə elan edəcəyini söyləyib.

Mənbə belə vurğulayıb: “Prezident şəxsi nömrədən istifadə etmir və casusluğa qarşı tam təhlükəsizliyiə malik olan sabit nömrədən istifadə edir. Prezidentin dünya liderləri ilə danışıqları isə hər iki ölkə tərəfindən qorunur.”

Bir iraqlı mənbə deyib: “İsrail casusluqda təcrübəyə malikdir və onların İraqa müdaxiləsi rabitə və texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər vasitəsi ilə həyata keçirilir, lakin fəaliyyətləri çox deyil və hər kəs bunu bilir.”

Related posts

Şəhadətdən qabaq…

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı