ABŞ Dövlət Departamenti Xuzistandakı iğtişaşlara dəstək verdi

Qafqaztimes xəbər verir ki, ABŞ hökuməti, həmişəki kimi, İran İslam Respublikasındakı iğtişaşlara dəstək olaraq, Xuzistan əyalətində asayişin və təhlükəsizliyin pozulmasını himayə edib.

Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə günü axşam Xuzistan əyalətindəki iğtişaşlara dəstək çıxışında, Vaşinqtonun bölgədəki xəbərləri yaxından izlədiyini söyləyib.

Nazirliyin məlumat saytında yer alan məlumata görə, Prays gündəlik mətbuat konfransı zamanı belə deyib: “İranın Xuzistan əyalətindəki etiraz xəbərlərini diqqətlə izləyirik … İran mitinqlərini və etirazlarını dəstəkləyirik.”

Vaşinqton hökumətləri son illərdə irqçilik, tüğyan edən polis zorakılığı və ABŞ-ın digər ölkələrə qarşı təcavüzləri da daxil olmaqla müxtəlif mövzularda xalq etirazlarını dəfələrlə dəmir yumruqlarla yatızdırmalarına baxmayaraq, Dövlət Departamentinin sözçüsü İran haqqında belə iddia edib: “İranlılar da digər insanlar kimi etiraz etmək, təhlükəsizlik qüvvələrindən və ya həbslərdən qorxmamaq hüququna malikdirlər.”

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…