Sionist rejimin ikinci ən böyük bankının rəhbəri Səudiyyə Ərəbistanına səfər edib

QafqazTimes xəbər verir ki, sionist rejimin mediası bu rejimin ikinci ən böyük bankı olan Leumi Bankın İdarə Heyətinin sədri Samer Hacı Yəhyanın bazar ertəsi gecəsi gələcək İnvestisiya Təşəbbüsü Konfransında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

Yəhya işğal altındakı Fələstində üç il əvvəl sionist bankın rəhbəri vəzifəsinə təyin edilmiş ilk ərəb vətəndaşıdır.

“i24” şəbəkəsi bildirib ki, Leumi Bankın idarə heyətinin sədri Exim Bank və Səudiyyə İnkişaf Bankının icraçı sədri ilə birlikdə Ər-Riyadda FII Məsul İnvestisiya Təşkilatının (ESG) konfransında iştirak etmək niyyətindədir.

“Əl-Xalic Əl-Cədid” saytının xəbərinə görə, bu konfransda dünyanın hər yerindən altı minə yaxın insan iştirak edəcək və onlardan 500-ü konfransda çıxış edəcəklər. Bundan əlavə pandemiya sonrası qlobal iqtisadiyyatın xeyrinə bankçılıq və investisiya dünyası barədə nəzərlər söylənəcək.

“FII” təşkilatı məsuliyyətli investisiya sahəsində fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Bu konfransda Xiaomi, Blackstone, JP Morgan və s.-nin yüksək səviyyəli rəhbərləri də iştirak edəcəklər.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

ABŞ beynəlxalq məhkəməni hədələyir!