Sionist rejimin baş naziri ikinci təhdid mesajı aldı

QafqazTimes xəbər verir ki, ibrani mənbələri ötən axşam (cümə axşamı) İsrailin baş naziri Naftali Bennetin növbəti dəfə təhdid mesajı aldığını bildiriblər.

Sionist rejimin 12-ci kanalının xəbərinə əsasən, bu gün sionist baş nazirin ailəsinə güllə ilə daha bir təhdid mesajı göndərilib.

Kanal 12 əlavə təfərrüat vermədən əlavə edib ki, bu yeni mesajda Naftali Bennettin oğullarından biri olan “Unit Bennett” təhdid edilib.

Bundan əvvəl sionist rejimin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı (Şabak) bu ayın 6-da bu rejimin baş nazirinin evinə güllə ilə birlikdə təhdid məzmunlu mesajın göndərildiyini elan etmişdi.

Sionist polisi bəyanat yayaraq, məsələni araşdırmaq üçün Şabak ilə birlikdə çalışdıqlarını bildirib. Bu arada Təl-Əviv rəsmiləri mediaya bu məsələ ilə bağlı əlavə təfərrüatları dərc etməkdən çəkinməyi göstəriş verib.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))