Fələstin müqavimətinin yeni pilotsuz təyyarəsi + Video

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının hərbi qanadı olan Saraya əl-Qüdsün sözçüsü Əbu Həmzə Ümumdünya Qüds Günü barədə danışarkən deyib: “Biz İmam Xomeyninin Qüdsün azadlığının başlanğıcı kimi elan etdiyi Beynəlxalq Qüds Gününün təzahür etdiyi bir zamanda yaşayırıq.”

Əl-Məyadin saytının məlumatına görə, o, əlavə edib: “Bu ilki Qüds gününün ən mühüm xüsusiyyəti düşmən düşərgəsinin tam bəlli olmasıdır.”

Əbu Həmzə əlavə edib: “Beytül-Müqəddəs müqaviməti düşmənə dərs verəcək müdafiə və hücum imkanlarına malikdir. Biz sabit mövqeyimizi bir daha vurğulayırıq ki, Məscidül-Əqsaya edilən hər hansı təhqir düşmənlə müharibənin başlanğıcı deməkdir.”

O, bəzi ərəb ölkələrinin sionist rejimlə normallaşma sazişinə toxunaraq deyib: “Buna baxmayaraq, güc Fələstin yolundan dönməyən xalqlarda və millətlərdədir.”

O, sözünün davamında deyib: “Bu gün biz Hərbi Hava Qüvvələrində istifadə olunan Cenin dronunu təqdim edirik və mücahidlərimiz onu təkmilləşdirməyə davam edir. Biz bütün Fələstin azadlığa qovuşan günə qədər sözümüzün üstündə duracağıq.”

Saraya əl-Qüds sionist hərbi maşınına qarşı Cenin dronu vasitəsilə həyata keçirilən əməliyyatın görüntülərini də nümayiş etdirib. Bu hücum 2019-cu il sentyabrın 7-də baş verib.

Bundan əvvəl bildirilmişdi ki, bu axşam İslami Cihadın hərbi qolunun sözçüsü Qüds günü münasibəti ilə çıxış edəcək və mühüm mövzunu açıqlayacaqdır.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?