Sionist rejimi İordan çayının qərb sahilində fələstinli ibadət edənlərə hücum edib

Qafqaztimes xəbər verir ki, hər cümə günü olduğu kimi bu həftə də sionist silahlıların fələstinli ibadətçilərə hücumları davam edib və nəticədə onlarla fələstinli yaralanıb.

Vafa Fələstin xəbər agentliyinin məlumatına görə Nablus Qızıl Aypara Təcili Yardım Mərkəzinin rəhbəri Əhməd Cibril bildirib ki, Ən azı yeddi fələstinli, şimal-qərbdə Nablusun cənubundakı Bitanın Cşəbəl Sabih bölgəsində sionist silahlıları tərəfindən vurularaq yaralanmışdır. Onlardan üç nəfəri odlu silahla vurulmuşdur.

O, belə əlavə edib: “Bundan əlavə Nablusun şərqindəki Beyt Dəcəndə sionist əsgərlər tərəfindən atılan plastik güllələr, iki jurnalist də daxil olmaqla bir neçə nəfər yaralamışdır.

Həmçinin İsrailin qanunsuz məskunlaşma siyasətinə etiraz olaraq və 18 ildən bəri bağlı qalan kənd yolunun açılması tələbi ilə fələstinlilərin Kəfər Qadum qəsəbəsindəki həftəlik yürüşünün yatırılması da onlarla insanın yaralanması ilə nəticələnib.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib