Rusiya İngiltərəyə xəbərdarlıq etdi: Krıma yaxınlaşsanız adamlarınızın qanı öz boynunuzdadır

Qafqaztimes xəbər verir ki, İngiltərə bu ölkənin gəmisinin Krım yarımadası sularına girməsinin qanuni olmasını təkid etdikdən sonra Rusiya hökuməti bu barədə sərt bir xəbərdarlıq edib.

Rusiya Milli Təhlükəsizlik Şurasının müavini Mixail Popov çərşənbə axşamı İngiltərəyə aid hərbi gəmilərin yenidən Krıma yaxınlaşacağı təqdirdə gəmi heyətinə zərər veriləcəyi barədə ciddi xəbərdar edib.

İyulun 23-də İngiltərə hərbi donanmasına məxsus bir gəmi Krımın Qara dəniz sularına girdikdən sonra Rusiya gəmisin xəbərdarlıq atəşi və Rusiya qırıcısının bombardmanı ilə qarşılaşıb.

Reuters-in məlumatına görə, Popov, İngiltərə baş naziri və xarici işlər nazirinin, bu hadisədən sonra Londonun davranışını və reaksiyasını “anlaşılmaz” olduğunu söyləyərək, hərbi gəminin yenidən Krıma girmə ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…