Sionist rejimi fələstinli əsirlərin ailələri ilə görüşünə maneə yaradır

Qafqaztimes xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) cümə axşamı günü fələstinli əsir ailələrinə öz əsirləri ilə görüşün bu ayın sonuna qədər dayandırıldığını açıqlayıb.

Fələstinli əsirlərin öz ailələrilə görüşlərinin ləğv edilməsi də “Gilboa” həbsxanasından 6 əsirin qaçmasından sonra İsrail həbsxana rəhbərliyinin fələstinli əsirlərə tətbiq etdiyi ümumi cəzalardan biridir.

Məlumata görə çərşənbə günü yenə də sionist rejimin zindanları gərginlik və iğtişaşların şahidi olmuş və fələstinli əsirlər həbsxana mühafizəçilərinin repressiv hərəkətlərinə və əsirlərin pis şəraitinə etiraz olaraq kameraları yandırmışlar.

“Arab 48” saytının verdiyi məlumata görə, Ən-Nəqb həbsxanasındakı fələstinli əsirlərin yeddi kamerası tamamilə, dörd kamera isə qismən yanmışdır. Bundan əlavə Ramon həbsxanasının 4 və 5-ci hissələrində də yanğınlar müşahidə olunmuşdur.

Related posts

Dünyanı kim qarışdırır?

İsrail mediaları: Tel Əviv bir neçə həftəlik atəşkəslə razılaşacaq

Qəzzədə şəhid olan jurnalistlərin sayı 141 nəfərə çatdı