Sionist rejimi fələstinli əsirləri tapmaqda aciz olduğunu etiraf edir

Qafqaztimes xəbər verir ki, Əl-Əhd xəbər agentliyi yazır: “Sionist rejim qüvvələri axtarılan altı fələstinli əsirin tapılmasında heç bir irəliləyiş əldə etmədiklərini bildiriblər.”

Bu barədə İsrail polisinin əməliyyatlar idarəsinin rəisi Şimon Nahman məlumat verib.

Kahn telekanalının verdiyi məlumata görə o, deyib: “Heç bir ipucumuz yoxdur və müəyyən edilməmiş bir problemi həll etməyə çalışırıq. Şübhələndiyimiz bütün yolları və keçidləri bağladıq. Biz onlarla əməliyyat həyata keçirdik, amma hələ heç bir irəliləyiş əldə etməmişik.

Sionist rəsmisi belə əlavə edib: “Məsələnin aydınlaşmasını gözləməliyik. Bu insanlar İordaniyaya və ya Qəzzaya getmiş ola bilərlər.”

Related posts

Yəhudilər qaçır!

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

Qəzza…