Sionist rejim Suriya mövqelərini hədəfə aldı

Sionist rejim ordusu bu gün (19 mart) səhər tezdən Suriyanın Dəməşq ətrafını aviahücumlarla hədəfə alıb.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim ordusunun bu hücumuna Suriya havadan müdafiə sistemi tərəfindən qarşılıq verilib və atılan bir neçə raket məhv edilib.

Verilən xəbərə görə bu hadisədə can tələfatı qeydə alınmayıb və sadəcə maddi xəsarətin olduğu deyilir.

Qeyd edək ki, sionist rejimin hava təcavüzlərinin fonunda Suriya hökuməti dəfələrlə BMT-yə və bu təşkilatın Təhlükəsizlik Şurasına məktublar göndərməklə sözügedən hücumları pisləyib və onların dayandırılmasını istəyib.

Related posts

Sionist rejimin Rəfəhə hücumuna beynəlxalq reaksiyalar

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir