Sionist rejim su kanallarını açmaqla Qəzzə zolağını suda qərq etdi

QafqazTimes xəbər verir ki, sionist rejimi şənbə günü gecə Qəzza zolağının şərqində yerləşən sərhəd zolağının arxasında yağış suyu kanallarını açaraq, bu ərazidə yerləşən onlarla evi və yüzlərlə hektar kənd təsərrüfatı sahəsinin selə qərq olmasına səbəb olub.

Fələstinin “Maa” xəbər agentliyi yerli mənbəyə istinadən məlumat verir ki, yağış nəticəsində yaranan daşqın Qəzza şəhəri və Deyr-Bələh şəhərinin bəzi məhəllələrini və əl-Zəvaidə, əl-Bric və Nuseyrat bölgələrinin evlərini bürüyüb. Nəticədə kənd təsərrüfatı torpaqlarına dəyən ziyana görə fermerlər ciddi maddi zərərlərlə üzləşiblər.

Qəzza zolağında yaşayan yüzlərlə fələstinli dünən gecə yardım tələb edib. Onlar yaşanan insani faciə və ətraf mühitin fəlakəti barədə xəbərdarlıq ediblər.

Bununla əlaqədar olaraq, Fələstin tibb mənbələri Deyr əl-Bələh şəhərində aramsız yağan leysan yağışı və bəzi evlərin dam örtüyünün uçması səbəbindən bir nəfərin öldüyünü və çoxlu sayda fələstinlinin yaralandığını bildiriblər. Qəzza zolağının bələdiyyəsi isə bu şəhərdə fövqəladə vəziyyət elan edib.

Related posts

Sionist səfir “BMT Nizamnaməsini” parçaladı – VİDEO

Həmas: İşğalçıların cığallığı vəziyyəti sıfır dərəcəsinə endirdi

Sionist medialar: Hizbullahın hücumları israillilərin şimal bölgələrinə geri dönməsini çətinləşdirir

1 şərh

промокод на мелбет на первый депозит Dekabr 26, 2022 - 4:31 səhər

промокод на мелбет на бесплатную ставку Click Here:👉 http://lynks.ru/geshi/php/?melbet_promokod_pri_registracii_2020.html

Add Comment