Sionist rejim Livan sərhədində hərbi təlim keçirdi

Hizbullah Hərəkatının işğal olunmuş Fələstin sərhədi yaxınlığında hərbi təlimlərindən sonra sionist rejim dəniz qüvvələri də Livan sərhədində təlim keçirmə qərarına gəlib.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim ordusu dünən (31 may) bir bəyanat yayaraq Livan sərhədi yaxınlığında hərbi təlim keçirdiyi barədə bəyanat yayıb.

Bəyanatda deyilir: Bu gün axşam şimal sularında hərbi dəniz qüvvələrimiz hərbi təlimlər keçirəcək, fişənglərin işığında atəşlər açılacaq, Kibuts və Muşaf Liman məntəqəsidnə partlayış səsləri eşidiləcək.

Bəyanatın davamında deyilir: Bu təlimlər 2023-cü ildə planlaşdırdığımız böyük hərbi manevrə hazırlıqdır.

Qeyd edək ki, mayın 21-də Livanın işğal olunmuş torpaqlarının azad olunması ildönümü ərəfəsində Hizbullah Hərəkatı torpaqlarının mühafizəsi üçün hərbi potensialının olduğunu nümayiş etdirmək məqsədi ilə manevr etmişdi.

Bu hərbi manevrdə sionist qəsəbələrinə dron hücumları similazisionu və ehtimali düşmənlə qarşılaşma, sionist düşmənin əsir götürülməsi və bu kimi amillər nəzərdə tutulmuşdu. Həmçinin manevrdə Livan Hizbullahı zirehli avtomobillər, raket sistemləri və modern tankları ilə düşmənə göz dağı vermişdi.

Related posts

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi