Sionist rejim bu gün də dinc durmadı

Sionist rejim hərbçilərinin Əriha şəhərindəki bir düşərgəyə hücumu nəticəsində bir neçə fələstinli şəhid edilib və yaralanıb.

Əl-Aləm telekanalının Routersə istinadən verdiyi məlumata əsasən, sionist işğalçı rejim hərbçilərinin bu gün (6 fevral) Əriha şəhəri yaxınlığında yerləşən bir qaçqın düşərgəsinə basqın edib. Bu basqında onların məqsədi Həmasın bir neçə üzvünü həbs etmək olub. Nəticədə bir neçə nəfər yaralanıb. Məlumata görə basqın nəticəsində şəhid olan da var.

Məlumatda həmçinin deyilir: Düşərgəyə hücumda məqsəd 28 yanvarda Vered Yeriho restoranına edilən silahlı basqında şübhəli bilinən şəsxlərin həbsi olub.

Fələstin səhiyyə nazirliyinin bəyanatına görə sionislərin düşərgəyə hücumunda 3 nəfər ağır yaralanıb. Amma şəhidlərin sayı barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, son zamanlar sionist rejimin Fələstindəki kobudluqları beynəlxalq ictimaiyyəti, o cümlədən BMT-nin reaksiyaları ilə üz-üzədir. BMT zahirən iki tərəf arasında gərginliyi azaltmağa çalışır.

Related posts

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir

Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir