Sionist rejim başçısının İordaniyaya gizli səfəri

Qafqaztimes xəbər verir ki, “Times of Israel” qəzeti İsrail prezidenti İshaq Herzoqun İordaniyaya gizli səfər etdiyini yazıb.

Məlumata görə, İsrail prezidenti İshaq Herzoq ötən həftə Kral II Abdullahla danışıqlar aparmaq üçün İordaniyaya səfər edib. Sionist nəşriyyatının iddia etdiyi səfər, İordaniya ilə sionist rejimi arasındakı münasibətlərin istiləşməsini göstərir.

Buna görə də sionist rejimin başçısı Herzoq, Kanal 12 və Kanal 13-ə verdiyi müsahibədə Kral Abdullahın sarayında əhəmiyyətli və müsbət bir gecə keçirdiyini açıqlayıb.

Herzoq iddia edib: “İordaniya çox önəmli bir ölkədir və Kral Abdullaha böyük hörmətim var. O böyük bir lider və bölgədə əhəmiyyətli bir təsirə malik şəxsiyyətdir. Görüşümüzdə və müzakirə olunan məsələlər arasında əsas məsələlər də müzakirə edildi.”

Herzoq belə əlavə edib: “Bölgədə irəliləyiş hiss olunur. İlk “İbraham” paktının imzalanmasından bir il keçir. Razılaşmanın məqsədi İsrail ilə BƏƏ, Bəhreyn, Mərakeş və Sudan arasındakı münasibətləri normallaşdırmaq idi.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya