Altı fələstinli əsir sionist həbsxanasından qaçdı+ Foto

Qafqaztimes xəbər verir ki Fələstin mediası 6 sentyabr bazar ertəsi günü 6 fələstinli əsirin “Bisan” yaxınlığındakı (işğal altında olan Fələstinin şimalında) sionist rejimin “Gilboa” həbsxanasından qaçmağa müvəffəq olduğunu bildirib.

Məlumatlara görə, onlar qazdıqları tunel vasitəsilə qaçıblar. Onların aralarında Cenin düşərgəsindən “Kətaib Şuhəda Əl-Əqsa” ordusunun keçmiş komandiri Zəkəriyyə Zübeydinin də adı vardır.

“Palestine Al-Youm” xəbər agentliyi, bu xəbəri açıqlayarkən, fələstinli məhbusların qaçdığı tunelin şəkillərini yayımlayıb.

Sionist medialarda yayımlanan videoda tunelin həbsxana tualetinin içərisində qazıldığı görünür.

Sionist telekanalı olan “Kanal 13” İsrail ordusunun yüksək hazırlıq vəziyyətində olduğunu, əsirlərin tapılması üçün genişmiqyaslı axtarış əməliyyatının başladığını, əməliyyatda vertolyotların və PUA-ların da iştirak etdiyini xəbər verib.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?