Sionist rejimə kiberhücumlar davam edir

İbri dilli informasiya qaynaqları bir sionist rejim radio şirkəti və təhlükəsizlik proqramları istehsal edən mərkəzə kiberhücum olduğundan xəbər verirlər.

Əl Aləm telekanalının dünənə (30 aprel) olan məlumatına əsasən, Hadashut Hamut internet portalının məlumatına görə Check Point təhlükəsizlik proqramları istehsal edən sayt hakerlərin hücumuna məruz qalıb.

Bu xəbərdə həmçinin İsrail rejiminin FM 103 radiosunun kiber hücuma məruz qaldığı da deyilir.

Xəbərdə həmçinin deyillir: Ötən şənbə günü də siqnalizasiya qurğuları şirkəti Evigilo və İWİ hərbi avadanlıq şirkətlərinin internet portalları hakerlərin hücumundan amanda qalmayıb.

Qeyd edək ki, ötən həftə sionist İsrail rejiminin sığorta şirkəti, Mossad və digər dövlət orqanlarının saytları da kiberhücumlara məruz qalmışdı.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib