Sionist rejimə Cenindən daha bir zərbə

İzzəddin Qəssam batalyonunun bir qolu olan Əl İyaş Cenindən sionist rejimin Şakid qəsəbəsində aviazərbə endirilib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, ibri kanalı “Kan” elan edib ki, İordan çayı qərb sahilində yerləşən Şakid qəsəbəsinə Cenin tərəfdən iki raket atılıb.

Əl İyaş briqadası isə bu haqda verdiyi məlumatda Şakidə aviazərbə endirdiyini, 2 raket atdığını elan etsə də tələfat barədə heç bir məlumat verilməyib.

Əl İyaşın məlumatında deyilir: Hərbi potensiallarımızın məhdud olmasına rəğmən, biz mübarizəni davam etdirək, Əl Qəssam batalyonunun iradəsini sionist düşmənə sübut edəcəyik.

Əl Qəssam batalyonunun məlumatında həmçinin elan edilib: Cenindən qaçmağa məcbur olan işğalçı rejim məğlubiyyət və rüsvayçılıqdan başqa heç nəyə nail olmadı və zamanın keçməsi bu rejim rəhbərlərinin öz hesablamalarında tamamilə yanıldıqlarını sübut edəcək.

Əl-Qəssam vurğulayıb ki, Cenin düşərgəsi və cəsarətli müqavimət göstərənlər işğalçı düşmənə ağır və unudulmaz dərs verdilər, gələcəkdə bu rejimi daha çətin və ağrılı zərbələr gözləyir, düşmənə qarşı işlərimiz hələ bitməyib, işğalçılara Məscidül-Əqsa, İordan çayının qərb sahili və fələstinli məhbuslara qarşı etdikləri axmaqlıqlarına görə peşmançılıq hissi yaşadacağıq.

Qeyd edək ki, müqavimət dəstələri may ayının axırında da İordan çayı qərb sahilində sionist şəhərciklərinə 2 raket atmışdı.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir