İsveçdə Qurana hörmətsizlik edən sionist casusudur

İran İslam Respublikası Təhlükəsizlik Nazirliyi bəyanat yayaraq ötənlərdə İsveçdə Qurani Kərimi cırıb yandıran şəxsin sionist casusu olduğunu elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, bəyanatda deyilir: İran və dünyanın bütün azadlıqsevər xalqlarına: İsveçdə polisin dəstəyi ilə müqəddəslərə hörmətsizlik aktı barədə tədqiqatlarımızın nəticəsinə əsasən, aktı törədən 1986-cı il təvəllüdlü Silvan Mumika 2019-cu ildə İraqda sionist rejim kəşfiyyat orqanı ilə iş əlaqələrinə başlayan bir şəxsdir.

Mumika İraqda ekstremist proqramları icrası müqabilində sionist rejimdən İsveç vətəndaşlığına sahib olub və bu müddət ərzində müxtəlif aktların icrasında iştirak edib.

Bəyanatda həmçinin qeyd edilir: Qurani Kərimə ehtiramsızlıq nümayişi də eynilə sionist rejimin son zamanlar İordan çayı qərb sahillərində törətdikləri təcavüzkarlıqlarla eyni zamana təsadüf etdiyi üçün müsəlman dünyasının diqqətini yayındırmaq niyyəti ilə həyata keçsə də, uğur qazanmadı.

Ətraflı məlumatı yaxın zamanlarda diqqətinizə çatdıracağıq.

Related posts

Ağ Ev İslama təslim olur! – Video izlə

Hindistanlı ailə Quranın ən böyük nüsxələrindən birini hazırlayıb – VİDEO

Qüds Gününün harayları dünyanı oyatmalıdır! – Video izlə