Sionist qüvvələrlə toqquşmada bir fələstinli gənc şəhid olub + Video

QafqazTimes xəbər verir ki, Fələstin mediası şənbə günü bildirib ki, İsrail qüvvələri qəflətən İordan çayının qərb sahilinin şimalındakı “Cenin” düşərgəsinə daxil olub.

KİV-in məlumatına görə, İsrail patrulları düşərgəyə daxil olduqdan sonra Təl-Əvivdə son anti-sionist əməliyyatının icraçısının evini mühasirəyə alıblar və “Cenin batalyonu” müqavimət qüvvələri onlarla toqquşub.

Cenin batalyonu açıqlamasında bildirib ki, onun döyüşçüləri İsrail maşınlarını və əsgərlərini hədəf alıb.

Məlumata görə, əraziyə çoxlu sayda İsrail snayperləri yerləşdirilib. İndiyədək 4 gənc fələstinli yaralanaraq İbn Sina və Cenin xəstəxanalarına aparılıb.

Şahab ​​xəbər agentliyi Fələstin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, toqquşmalar zamanı bir fələstinli gənc şəhid olub. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, bugənc fələstinli başından, bir də sinəsindən güllə yarası aldıqdan sonra Cenin xəstəxanasında şəhid olub.

Related posts

Yəhudilər qaçır!

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

Qəzza…