Sionist qəzeti: Rusiya Tel-Əvivin Suriyadakı maraqlarına qarşıdır

Qafqaztimes xəbər verir ki, “The Jerusalem Post” qəzeti cümə günü Suriyanın Dəra şəhərinin tamamilə azad edilməsini təhlil edərkən yazıb ki, bu hadisə ilə İranın himayə etdiyi qüvvələr işğal olunmuş ərazilərlə sərhəd yaxınlığında möhkəm bir dayağa sahib oldular. Rusiya isə İsrailin maraqlarına zidd olaraq bu məntəqədə əsas rol oynadı.

Dəra şəhərindəki Dəra əl-Bələd bölgəsi, uzun illər davam edən qarşıdurma və gərginlikdən sonra nəhayət Suriya ordusu qüvvələrinin tam nəzarətinə keçib. Ötən həftənin çərşənbə günü Rusiyanın vasitəçiliyi ilə Suriya ordusu ilə terrorçular arasında bağlanan atəşkəs razılaşmasının ikinci mərhələsi sona çatdı və silahlı ünsürlər silahlarını təhvil verilməklə İdlib vilayətinə yola düşdülər. Beləliklə Suriya bayrağı şəhər mərkəzində qaldırıldı. Dəra şəhəri işğal edilmiş Qolandan 32 km şərqdə yerləşir.

Bu yazının müəllifi Conatan Spayr yazıb ki, Rusiya Dəra əl-Bələd məsələsində İranın tələblərini açıq şəkildə razılaşmanın bəndlərinə daxil etdi. Sionist rejim rəsmiləri isə bu işdən razı deyillər.

O, belə əlavə edib: “Dəra əl-Bələd müqaviləsi göstərdi ki, İsrail artıq Suriyada İranla qarşı-qarşıya gəlmək üçün Rusiyanın roluna və onun İranın maraqlarına zidd olacağına ümid edə bilməz.”

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…