Sionist qəsəbə sakinləri yenə Məscidül Əqsaya basqın etdi

Sionist rejim qəsəbə sakinləri bu gün (5 iyun) yenə də polislərin dəstəyi ilə Məscidül Əqsaya basqın edib.

Əl Aləm telekanalının Vəfa İnformasiya Agentliyinə istinadən verdiyi məlumata əsasən, onlarla qəsəbə sakini polislərin iştirakı ilə Məscidül Əqsanın “Babul Məğarib” qapısından içəri daxil olaraq müsəlmanların narahatçılığına səbəb olan rəftarlar nümayiş etdirdikdən sonra məscidin həyətində Telmudi ayinlərini icra ediblər.

Qeyd edək ki, müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri “Həram Əş-Şərif” məscidinin yerləşdiyi müqəddəs məbəd kompleksidir. Buraya İslam dünyası üçün əhəmiyyətinə görə üçüncü ibadət yeri sayılan “Əl Əqsa” məscidi də daxildir.

İsrail və İordaniya arasında 26 oktyabr 1994-cü ildə imzalanmış sülh müqaviləsinə əsasən, Məscidül Əqsa İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslik Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir. Lakin 2003-cü ildən Administrasiyanın icazəsi olmadan İsrailin birtərəfli qərarı ilə polisin müşayiəti ilə yəhudilər müqəddəs ziyarətgaha daxil olurlar. Bu girişləri basqın olaraq xarakterizə edən Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğunu vurğulayır.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir