Bakıda piyadanın vurulması ilə nəticələnən qəzanın görüntüləri – ANBAAN VİDEO

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Bu barədə görüntüləri Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb.

Görüntülərdən aydın olur ki, yolayrıcını səhv keçən avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub və ikinci maşın qaydaya əməl edib, piyada keçidindən istifadə edən qadını vurub.

Yol-nəqliyyat hadisəsi iyunun 2-də Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.

“Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücü və piyadaları yollarda diqqətli olmağa çağırır”, – NİİM-dən bildirilib.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO