Sionist polisi bir fələstinli uşağı Fələstin bayrağı daşıdığı üçün maşınla vurdu + Video

Qafqaztimes xəbər verir ki, sionist polisi, işğal olunmuş Qüdsün Silvan bölgəsində bir fələstinli uşağı maşınla vurub.

Fələstin xəbər agentliyi “Shahab”ın verdiyi məlumata görə, sionist rejim polisi velosipedinə Fələstin bayrağı bağladığına görə bir fələstinli uşağı maşınla vurmuşdur.

Fələstin müqavimətinin sionistlərin Şeyx Cərrah məhəlləsini ələ keçirmək qərarına qarşı reaksiyasından bir neçə gün ötməsinə baxmayaraq, işğal olunmuş Qüdsdə və İordan çayının qərb sahilində sionistlərin fələstinlilərə qarşı təcavüzü hələ də davam edir.

Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyi İsrailin Qəzzadakı son təcavüzündə şəhid sayının 255-ə çatdığını açıqlayıb. Bunlardan 66-sı uşaq, 39-u isə qadındır. Bu müharibədə yaralananların sayı 2000-ə yaxındır.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…