Qafqaztimes xəbər verir ki, sionist mənbələr, Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin rəhbərliyinin təşkilatın siyasətini tənqid edən bir siyasi fəalın qətlindən sonra yaranan son böhranın ardınca qarışıqlığı Qəzza zolağına çəkmək niyyətində olduğunu söyləyib.
“Əl-Əqsa” Fələstin xəbər agentliyi cümə axşamı, sionist müxbir Yoni Ben Menaxemə istinadən, Fələstin rəhbərliyinin böhranı Qəzza zolağına çəkməyi planlaşdırdığını bildirib.
Sionist müxbir Ramallahın diqqətləri Qərb Şəriyədən Qəzzaya çəkmək və xalqın qəzəbini Həmasa tərəf yönəltmək üçün Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) və Qəzza zolağı təhlükəsizlik qüvvələrinə qarşı iğtişaşlar yaratmaqla böhranı bu bölgəyə köçürmək istədiyini iddia edib.
Qeyd edək ki, Fələstin Muxtariyyəti və Mahmud Abbasın rəhbərlik etdiyi Fəth hərəkatının siyasətini tənqid edən siyasi fəal Nizar Banatın şübhəli qətlindən sonra İordan çayının qərb sahilində vəziyyət gərginləşmişdir.