Sionist komandir: İsrail liderləri Hizbullah raketlərinin hədəfidir

QafqazTimes xəbər verir ki, işğal olunmuş Fələstinin şimal bölgələrinin yeni komandiri Uri Qordin “Walla” saytına müsahibəsində Livan Hizbullah hərəkatının qarşıdan gələn müharibədə bu rejimin rəhbərlərinə hücumu ilə bağlı xəbərdarlıq edib.

“Əl-Ərəbi Əl-Cədid” qəzetinin “Walla” saytına istinadən verdiyi xəbərə görə, işğal olunmuş ərazilərdəki şimal bölgələrinin komandiri deyib ki, Hizbullah öz raketləri ilə İsrail liderlərini hədəfə alacaq və bu müharibədə istifadə olunacaq atəşin miqdarı çox olacaq.

Bəzi hissələri dərc olunan bu müsahibəsində Uri Qordin Hizbullahın sionist rejimə qarşı növbəti müharibədə istifadə edəcəyi raketlərin sayının 2006-cı il müharibəsindən on dəfə çox olacağını, beləliklə, orta hesabla ilk günlərdə 4000 raket atılacağını, sonrakı günlərdə isə bu rəqəmin 1500-dən 2000-ə qədər olacağını bildirib.

Bir müddət əvvəl işğal olunmuş ərazilərdə şimal bölgələrinin komandanı təyin edilən Qordin qarşıdakı müharibədə raketlərin sayının çox olacağını vurğulayaraq, iddia edib: “Hizbullahın dəqiq hədəfə alan raketlərinin sayı az olsa da, İsrailin strateji obyektləri Hizbullahın hücumlarının hədəfinə çevriləcək.”

İşğal olunmuş ərazilərdəki şimal bölgələrinin komandanı həmçinin gələcək müharibədə hücumun miqyasına işarə edərək, bu rejimin müdafiə sistemlərinin Hizbullahın raketlərini zərərsizləşdirə bilməyəcəyini və bunun da işğal altındakı bölgələrdə itkilərin sayını artıracağını proqnozlaşdırıb.

Uri Qordin çıxışının digər hissəsində hətta Hayfa və Tiberiya şəhərlərinin Hizbullahın hədəfləri arasında olacağını qeyd edib. Təl-Əvivin Hizbullaha qarşı qabaqlayıcı zərbə endirməyə cəhd edib-etməməsi ilə bağlı suala o, belə cavab verib: “Bizi vurmağa cəhd edən və ya planlaşdıran hər kəsi qabaqlamağa qadirik.”

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

ABŞ beynəlxalq məhkəməni hədələyir!