Sionist hərbiçiləri bir fələstinli qadını qətlə yetirmişlər

Qafqaztimes xəbər verir ki, “News Walla”sionist xəbər agentliyi işğal olunmuş Qüdsün şimalında bir yoxlama postunda fələstinli bir qadının sionist hərbiçiləri tərəfindən qətlə yetirildiyini məlumat verib. Bu məlumatda odlu silahla qətlə yetirilən qadının yanında bıçaq olduğu da iddia edilib.

Sionist mediası, qadının hədəfə alındığı zaman yanında bıçaq olduğunu və postda olan hərbiçilərə hücum etmək niyyətində olduğunu iddia etmişdir.

Qeyd etmək lazımdır ki, sionistlər fələstinlilərə qarşı cinayətlərinə haqq qazandırmaq üçün tez-tez belə iddialardan istifadə edirlər.

Fələstinli mənbələr xəbər vermişlər ki,  İsrail hərbçiləri fələstinli qadına bir neçə dəfə atəş açmış və yaralandıqdan sonra isə xilasetmə qruplarının müdaxilə etməsinə və xəstəxanaya aparılmasına icazə verməmişlər. Nəhayət o, qanaxma və xəsarət nəticəsində hadisə yerində şəhid olmuşdur.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib