Abbas Əraqçi: Pandemiya dövründə olan iqtisadi terrorizm insanlığa qarşı bir cinayətdir

Qafqaztimes xəbər verir ki, İİR-nın xarici işlər nazirinin müavini Abbas Əraqçi ABŞ sanksiyalarının hələ də qüvvədə olduğunu qeyd edərək deyib: “Koronavius pandemiyası dövründə olan iqtisadi terrorizm insanlığa qarşı bir cinayətdir.”

Seyyid Abbas Əraqçi Twitter-də ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Maliyə cavab olaraq yazıb: “Tramp getdi, lakin onun qanunsuz və cinayət dolu sanksiyaları hələ də qüvvədədir. ABŞ-ın 82 milyon iranlıya əzab vermək səyləri davam etdiyi bir zamanda timsah göz yaşlarına ehtiyac yoxdur. Koronavius pandemiyası dövründə olan iqtisadi terrorizm insanlığa qarşı bir cinayətdir.”

Related posts

Yəhudilər qaçır!

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib