Sionist həbsxanalarında 31 qadın əsir

QafqazTimes xəbər verir ki, Fələstin mənbələri sionist rejim tərəfindən əsir saxlanılan fələstinli qadınların sayına işarə edərək, məhbuslara işgəncə verildiyini bildirib.

Əl-Əhd-in verdiyi məlumata görə, Fələstinli Əsirlər Mərkəzi elan edib: “10-u ana olmaqla 31 fələstinli qadın sionist rejimin “Damon” həbsxanasında məhbusdur.”

“Əsirlər” mərkəzi 21 mart tarixinə təsadüf edən Analar Günü münasibətilə yaydığı hesabatda qeyd edib: “Sionist idarəsi məhbus anaların uşaqlarının onları ziyarət etməsii mane olur.”

Mərkəz əlavə edib: “Həbsdə olan bütün qadınlar hər cür işgəncə ilə üzləşirlər. 21 Mart tarixinə təsadüf edən Analar Günü münasibəti ilə verilən bu açıqlamada bu 10 fələstinli ananın adlarının belə olduğunu bildirib:” Əsra Əl-Cəabis, Fədəvi Həmadə, Əmani Əl-Həşim, Xitam Əl-Saafin, Şəzzi Ovdə, Ataf Cəradat, Sədiyyə Fərəculullah, Fatimə İlyan, Şuruq Əl-Bədn və Yasmin Şaban.

Sionist həbsxana təşkilatı çox vaxt fələstinli məhbuslara uşaqları və ailələri ilə telefonla danışmağa belə icazə vermir.

Related posts

ABŞ dünyaya qarşı!

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya