İşğal olunmuş ərazilərdə yeni həbs dalğası

QafqazTimes xəbər verir ki, sionist hərbçilər HƏMAS İslami Müqavimət Hərəkatının bəzi liderləri və əl-Bireh şəhərinin bələdiyyə sədrliyinə namizədlərdən biri, həmçinin fələstinli yazıçı və tədqiqatçı Emad Əbu Avad da daxil olmaqla bir sıra fələstinli şəxsiyyətləri həbs ediblər.

Əl-Bireh şəhəri yerli seçkilərə beş gün qalmış fələstinlilərin kütləvi həbslərinin şahidi oldu. Sionist işğalçıları bələdiyyə seçkilərində namizədliyini irəli sürülmüş namizədlərdən birini, həmçinin Qüds Araşdırmaları İnstitutunun rəhbəri Emad Əbu Avadı həbs ediblər.

İordan çayının qərb sahilində isə HƏMAS-ın iki lideri və bəzi tələbələr və ictimai fəallar həbs edilib.

Həbslər seçkidən bir neçə gün əvvəl həyata keçirilib və bəziləri bunu İsrailin Fələstində sabitliyi pozmaq üçün atdığı yeni addım kimi qiymətləndirib.

Əl-Bireh İordan çayının qərb sahilində bələdiyyə seçkilərinə hazırlaşan üç ən böyük şəhərindən biridir. HƏMAS-ın bu seçkilərdə rəsmi iştirak etməməsinə baxmayaraq, işğalçı rejim bəzi namizədləri HƏMAS-a yaxın olmaqda ittiham edib. Bir halda ki, bu yerli seçkilər siyasi məsələlərdən tamamilə uzaqdır.

Related posts

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir

Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir