Sionist analitik: İsrail bir neçə səbəbə görə məhvə məhkumdur

Qafqaztimes xəbər verir ki, sionist analitik Rogel Alvor ibrani dilində çıxan “Haaretz” qəzetində çap etdirdiyi bir yazısında bildirib ki, İsrail rejimi artıq ölüm şəhadətnaməsini imzalayıb və yalnız bunun həyata keçməsini gözləmək lazımdır.

Alvar daha sonra iddiasına bir neçə səbəb göstərərək yazır ki, birinci səbəb sionist rejimin yəhudilərin çoxluq təşkil etdiyi “aparteid və ikili millətə malik dövlət” olmasıdır və bu yəhudilərin əksəriyyəti nəinki Fələstin ərazisinin işğalının davam etməsini dəstəkləyirlər, hətta rejimlə bu məsələdə əməkdaşlıq da edirlər. Onlar nəzəri və praktiki cəhətdən öz dəstəklərini davam etdirəcəklər.

Bu sionist analitikin fikrincə, ikinci səbəb, keçmiş baş nazir Benyamin Netanyahuya dəstək verən, irqçi, faşist və antidemokratik hərəkatdır. Ağır cinayətlərdə ittiham olunan və diktatorluğunu gizlətməyən Netanyahunu dəstəkləyən bir hərakat. Sionist solçular məhv olana qədər zəifləməyə davam edəcəklər.

O, daha sonra qeyd edib ki, üçüncü səbəb işğal olunmuş Fələstinin daxilindəki yəhudilərin dini və ideoloji cəhətdən ekstremist muxtariyyətidir. Bu şəxslər iqtisadi cəhətdən insan resursu hesab olunmur və sionist rejim hökumətinin üzərində bir yükdürlər.

Alvar İsrailin xəritədən məhv olmasının dördüncü səbəbini işğal altındakı Fələstində ətraf mühitin çirklənməsi problemi adlandırıb.

O, əlavə edib: Beşinci səbəb sionist cəmiyyətin daxilində mədəniyyətlərin qarşıdurması və dialoq mədəniyyətinin xüsusilə də sosial şəbəkələrdə olmamasıdır.

Təhlilçi həmçinin bildirib ki, son səbəb müharibə ehtimalıdır. Əgər bu baş verərsə, Müqavimət cəbhəsi tərəfindən işğal olunmuş Fələstinə minlərlə raket atılması ehtimalı vardır.

Related posts

Qallant: Girovların azad edilməməsini Tel Əviv üçün rüsvayçılıqdır

Sionist rəsmisi: Katz Netanyahunun marionetidir

Xalq sionistlərin cinayətinin cavabını gözləsin