Silahla oynadı, təcrübəsi başında partladı – FOTO/VİDEO

Silahlarla bağlı “Ballistic High Speed” bloqunun müəllifi kanalı üçün süjet hazırlayarkən həyatını itirməklə üzləşib. Hadisə “YouTube” bloqeri Adam Noulz “RPG-7”dən atışları sınaqdan keçirərkən baş verib.

Əslində süjet üçün hazırlıqlar ciddi olub, hətta peşəkar qrupun köməyi ilə o, qumbaraatanı rentgen şüalarından istifadə etməklə təzyiq altında yoxlayıb. Ekspertlər heç bir problem aşkar etməyiblər.

Amma atış qüsurlu olub və “RPG-7” Adamın əlində partlayıb.

Uğursuz eksperimentin nəticəsi kəllə və yanaq sümüyünün sınığı, çoxlu qəlpə yarası, əllərdə ağır yanıqlar olub. Hazırda bloqer nisbətən düzəlib və özünü daha yaxşı hiss etdiyini deyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi