Sığınacaqda uşağın döyüldüyü deyilir: “Yalvarıram sizə, qurtarın” (Video izlə) 

“Sevgi” Uşaq Sığınacağında saxlanılan körpəyə əziyyət edildiyi, döyüldüyü barədə məlumat paylaşılıb. 

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə körpənin videosunu yayaraq qeyd edib ki, hər gün onlarla sosial şəbəkə istifadəçisi “Sevgi” Uşaq Sığınacağı adı ilə “Instagram”da paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciət edir.

O bildirib ki, bir neçə dəfə aidiyyəti qurumlara müraciət edib, lakin hələ araşdırma aparıldığı, istintaq prosesinin davam etdiyi söylənilib:

“Əzizlərim, gözləyirik? “Totu” ləqəbli uşaq isə ölür! İki il ərzində, görün, uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib deyə soruşdunuzmu? Ümumiyyətlə, qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür. Amma mən faktlara əsaslana bilərəm. Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür. Yalvarıram sizə, qurtarın bu uşağı! Uşaq o qadının əlindən alınmalı, məhkəmə ilə qadının fəaliyyəti məhdudlaşdırılmalıdır!” – K.Ağazadə yazıb.

Videoda körpənin gözlərini bir nöqtəyə zilləyərək hərəkətsiz dayandığı, yalnız ağzına qoyulan yeməyi çətinliklə çeynədiyi görünür.

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, həmin məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırma aparılıb:

“Aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır”.

Related posts

Dağlıq ərazidə köməksiz qalan qadın belə xilas edildi – FOTO/VİDEO

Bakıdakı oğurluq anbaan müşahidə kameralarına düşdü – FOTO/VİDEO

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO