Seyyid Həsən Nəsrullah: Müqavimətin Sərdar Hicazi kimi komandirlərə ehtiyacı vardır

Qafqaztimes xəbər verir ki, Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah Ramazan ayı ilə bağlı çıxışında bir daha İnqilab Keşikçiləri Korpusunun Qüds ordusu komandirinin müavini General Seyid Məhəmməd Hüseyinzadə Hicazinin şəhid olması ilə əlaqədar İran İslam Respublikasına başsağlığı verdi.

“Əl-Mənar” telekanalının verdiyi məlumata görə, Nəsrullah Sərdar Hicazinin illərdir Livanla əlaqədə olduğunu və müqaviməti dəstəklədiyini söyləyib.

Seyyid Nəsrullah həmçinin Sərdar Hicazinin gözəl əxlaqi xüsusiyyətlərə sahib olduğunu və müqavimətin mühüm döyüşlərdə onlara böyük uğurlar qazandıra biləcək belə komandirlərə ehtiyacı olduğunu vurğulayıb.

Seyyid Həsən Nəsrullah daha sonra Livanın daxili problemlərinə toxunaraq, imkanı olan şəxsləri Livandakı çətin iqtisadi vəziyyət şəraitində yeni layihələr yaradaraq işsizlik məsələsinə öz töhvələrini verməyə çağırdı.

Bundan əvvəl Hizbullahın baş katibi bir mesajında ​​Sərdar Hicazinin şəhadəti ilə əlaqədar İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneiyə başsağlığı vermişdi.

Related posts

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik

İraq müqaviməti işğal olunmuş Cövlan yüksəkliklərinə hücum etdi