Şeyx Zəkzaki: Ərbəin yürüşü İmam Mehdinin(ə.f) zühuruna qədər davam edəcək

Qafqaztimes xəbər verir ki, Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzaki çərşənbə axşamı Press TV xəbər telekanalına eksklüziv müsahibə verib.

O, bu müsahibədə, Ərbəin yürüşünün, Nigeriya təhlükəsizlik qüvvələrinin mərasimə silahla hücum edib etməməsindən asılı olmayaraq, İmam Mehdi (ə.s) -ın zühuruna qədər davam edəcəyini vurğulayıb.

Şeyx Zəkzaki bu müsahibədə Nigeriya təhlükəsizlik qüvvələrinin ərbəin yürüşündə iştirak edən əliyalın insanlara niyə atəş açdığını soruşub. O bildirib ki, bu ilki ərbəin yürüş zamanı neçə nəfərin öldüyü hələlik məlum deyil.

Nigeriya İslam Hərəkatının lideri, həmçinin məhkəmənin ona dəymiş ziyanı tələb etmək haqqı verdiyini, lakin indiyə qədər ona heç bir kompensasiya verilmədiyini vurğulayıb.

Qeyd edək ki, keçən ay Nigeriya mətbuatı, Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki və həyat yoldaşının Kaduna Əyaləti Ali Məhkəməsi tərəfindən bütün ittihamlardan bəraət aldıqlarını bildirmişdi.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…