Şeyx Səbri: Məscidül-Əqsada baş verənlər həqiqətən təhlükəlidir

QafqazTimes xəbər verir ki, Qüds Ali İslam Şurasının sədri Şeyx Əkrəmə Səbri deyib: “Sionist rejim hərbçiləri bu dəfə geniş miqyasda Məscidül-Əqsada zəvvarlara təzyiq göstərərək, bu məscidi hərbi düşərgəyə çeviriblər.”

Şeyx Səbri deyib: “Bu gün baş verənlər çox təhlükəlidir və işğalçı rejim zorakılıq yolu ilə öz iradəsini tətbiq etməyə çalışır.”

O vurğulayıb ki, Qüds sakinləri Məscidül-Əqsanın müdafiə meydanında tək qalmamalıdırlar.

Əl-Mənar telekanalının xəbərinə görə, Şeyx Səbri ərəb və İslam ölkələrinin Məscidül-Əqsaya yardım etmələri və işğalçı rejimə qarşı dəstək vermələrinin vacibliyini vurğulayaraq, bu məsciddə toplaşan və onun müdafiəsinə qalxan insanları təslim olmamamağa və sionistlərin yürüşlərinin qarşısını almağa çağırıb.

Qeyd edək ki, bir qrup sionist mühacir bu gün səhər (çərşənbə axşamı, 27 sentyabr) Məscidül-Əqsaya basqın ediblər. Sionistlər ardıcıl ikinci gündür ki, İbrani Yeni ilinin başlanması bəhanəsi ilə sionist hərbçilərin dəstəyi ilə Əl-Əqsa məscidinin həyətlərinə hücum edirlər.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!