Seyid Həsən Nəsrullah: Livana qarşı istənilən addım cavabsız qalmayacaq

QafqazTimes xəbər verir ki, Seyid Həsən Nəsrullah bir çıxışında Kariş qaz yatağı barədə danışarkən deyib: “Biz düşmənin qarşısını almağa qadirik və lazım gələrsə, cavab verəcəyik. Hətta bu, müharibəyə səbəb olsa belə. Avropanın Rusiya neft və qazına alternativ tapmaq ehtiyacı üzündən Livan tarixi bir fürsətlə üzləşib. Bayden bölgəyə neft və qaza görə gəldi. Amma Səudiyyə Ərəbistanı və BƏƏ-nin əlavə nefti də Avropanın ehtiyaclarını həll etməyəcək. Ukrayna və Rusiya arasındakı müharibə onları Rusiya neft və qazına alternativ axtarmağa vadar edib.”

O, Amerika və Avropanın qaz və neftə ehtiyaclı olduğunu və sionist rejimin də bu məsələni bir fürsət olaraq gördüyünü vurğulayaraq əlavə edib: “Bayden regionda müharibə istəmir. Bu, təzyiq göstərməklə öz neftimizi əldə etmək etmək üçün bizim üçün tarixi və qızıl fürsətdir. Yaxın Şərq NATO-su ilə bağlı deməliyəm ki, bir çoxları öz arzularından danışır. Bayden bölgəyə yalnız neft üçün səfər edib. Bayden və Amerikanın prioriteti Ukraynada Rusiya ilə qarşıdurmadır. Bu səbəbdən də onlar istənilən müharibəyə qarşıdırlar. Onlar regionda partlayışa səbəb olacaq müharibə istəmirlər.”

Məsələnin Kariş və Qana yataqları deyil, İsrailin Fələstin sularında qarət etdiyi bütün neft və qaz yataqları olduğuna işarə edən Hizbullahın baş katibi bu məsələyə belə aydınlıq gətirib: “Amerikalılar Livanı dəniz sərhəd xəttinin çəkilməsi ilə bağlı danışıqlar burulğanına salıblar. Livan danışıqlarla məşğuldur, lakin İsrail quyu qazır və qaz axtarır. Hazırda qazın çıxarılması üçün hazırlıqlar görülür. İsraillilər hətta qaz çıxarmaq üçün oraya gəmilər də gətiriblər, amma biz hələ Livanın dəniz sərhədlərinin harada olduğunu axtarırıq.”

Seyid Həsən Nəsrullah müqavimətin dəqiq raketlərinin dənizdə və ya quruda çata bilməyəcəyi heç bir İsrail hədəfinin olmadığını vurğulayaraq, deyib: “Livan hökuməti Amerika vasitəçisinin tələbləri ilə 23-cü dəniz xətti ilə bağlı çoxlu güzəştlər etdi. Top hazırda Livanın meydanındadır. Livanın hazırda münaqişəli olmayan ərazidə belə neft və qaz hasilatı aparmasına icazə verilmir.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri