İsrail quru qüvvələri müharibəyə hazır deyil

QafqazTimes xəbər verir ki, sionist rejimin mediası Hizbullahla müharibə olacağı təqdirdə bu rejimin quru qüvvələrinin hazırlıqsız olması ilə bağlı xəbərdarlıq edib və bəyan edib ki, bu rejim rəhbərlərinin ən böyük narahatlığı ordunun hazırlıqsızlığı və müharibə ruhiyyəsinin olmamasıdır.

İsrael Hume bu barədə yazıb: “Quru qoşunlarının və zirehli birləşmələrin zabitləri bu hazırlıqsızlıqlara görə vəhşət içərisindədirlər, onlar qarşıdan gələn müharibəyə hazır deyillər.”

Sionist rejimin 12-ci kanalı bununla bağlı vurğulayıb ki, ordunun quru qoşunları müharibəyə girməyə hazır deyillər və bəzi məsələlər və problemlər var ki, onların Livana qurudan hücuma keçməsinə mane olacaq.

Sözügedən mənbə qeyd edib ki, sionist rejim ilə Hizbullah arasında Kariş qaz yatağı ilə bağlı gərginlik hər gün daha da şiddətlənməkdədir.

Bundan öncə İsrail Hərbi Hava Qüvvələrinin yüksək rütbəli komandirlərindən biri gələcəkdə hər hansı hərbi qarşıdurma olacağı təqdirdə bu rejimin hərbi hava qüvvələri bazalarının acınacaqlı vəziyyətdə olması barədə xəbərdarlıq etmişdi

Əvvəllər işğalçı rejim ordusunun zirehli batalyonlarına komandanlıq etmək kimi bir sıra vəzifələr daşıyan general İshaq Brik bu rejimin hava bazalarının acınacaqlı vəziyyətdə olduğunu və bu qüvvələrin mümkün təhdidlərə hazır olmadığını etiraf edib. O, həmçinin vurğulayıb ki, bu rejimin düşmənləri ilə hərbi qarşıdurmasının birdən çox cəbhədə baş verəcəyi gözlənilir.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir